• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub 

08 Dekabr, 25 / 22:15
A A
Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub 

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Yeniera.az xəbər verir ki, görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:

– Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.

Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq.

Bir daha qeyd edim ki, Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda, biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq, əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib – biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir.

Əlbəttə, mən hökumət üzvlərinin çoxsaylı səfərlərini də qeyd etməliyəm. Təkcə Prezident və Baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, müdafiə naziri mənə səfərinin uğurla keçdiyini bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu, çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür.

İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu nəyə baha başa gəlir. Bir daha, cənab Prezident. xoş gəlmisiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün slovak xalqı üçün böyük şərəfdir.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

– Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İlk öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konfransında iştirak etdiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz Baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.

Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq.

x x x

Slovakiya Prezidenti dövlətimizin başçısını Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş tarixi nailiyyət münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi.

Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib

Növbəti Yazı

"Veteran pulu" ilə bağlı əhaliyə ŞAD XƏBƏR

XƏBƏR LENTİ

Həmin 4 dost yan-yana dəfn olundu - FOTO

ATXƏM-in prezidenti İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir – FOTOLAR

Yunanıstanda fermerlər hava limanında etiraz aksiyası keçirib

Yaponiyada 40 sm hündürlüyündə sunami qeydə alınıb

Zelenski Londonda Makron, Mers və Starmerlə görüşdü

Belçikalı voleybolçu xərçəng xəstəliyinə tutulub

Zelenski Londona gəldi

İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ

Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib

Maqnit qasırğaları sağlamlığa necə təsir edir? – Həkimdən xəbərdarlıq 

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 

ABŞ Kiyevə razılaşma üçün təzyiq göstərir 

Günəşdə nadir “qara” məşəl baş verib

Rusiyanın Şimali Koreyadakı səfiri vəfat etdi

Tayland Kambocadan ərazi almaq üçün əməliyyata başladı

"Veteran pulu" ilə bağlı əhaliyə ŞAD XƏBƏR

Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub 

Leyla Əliyeva Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib

İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar

Azərbaycan və Slovakiya prezidentləri "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.