Balakəndə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb, daha iki nəfər xəsarət alıb.
Yeniera.az Report-a istinadən xəbər verir ki, avtoqəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 və VAZ-21015 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və VAZ-2106-da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

