• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Azərbaycanda bu məmurları cəza gözləyir – DETALLAR

24 Oktyabr, 25 / 21:27
A A
Azərbaycanda bu məmurları cəza gözləyir – DETALLAR

Hindistanda vəzifəli şəxslərin internetdən məzmunu silmək səlahiyyətləri məhdudlaşdırılıb. Azərbaycanda da zaman-zaman məmurların, vəzifəli şəxslərin xüsusilə mediada özləri barədə yayımlanan xəbərləri sildirmək cəhdləri məlumdur. Bu da ictimaiyyətin məlumat almaq hüququna təsir göstərir.

Ölkəmizdə məmurların mediaya bu cür müdaxiləsinə qadağa qoyula bilərmi?

YeniEra.az  bildirir ki, Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, xəbərləri təkcə məmurlar və vəzifəli şəxslər deyil, adi insanlar da sildirməyə cəhd edirlər:

“Məsələn, bəzən kimsə media orqanına zəng edib məlumatın həqiqətə uyğun olmadığını bildirir, nəticədə xəbər silinir və ya təkzib verilir. Bununla yanaşı, burada korrupsiya elementləri də müşahidə olunur. Bəzi “sarı media” orqanları qarşı tərəfdən pul alaraq həmin xəbəri sildirmək üçün qəsdən müəyyən yazılar dərc edir. Bu, açıq-aşkar şantaj formasıdır və qanunsuzdur”.

Hüquqşünas qeyd edib ki, mediaya bu cür müdaxilələrin qarşısını almaq mümkündür və bu, əsasən hüquqi mexanizmlərlə tənzimlənir:

“Belə halların qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər müddəalar mövcuddur. “Media haqqında” qanunda təkzib hüququ nəzərdə tutulub. Həmçinin Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində buna görə məsuliyyət müəyyən edilib. Əgər hər hansı şəxs şantaj yolu və ya başqa üsulla yazı dərc edib bundan maddi qazanc əldə edirsə, bu, cinayət məsuliyyətinə səbəb olur. Kiminsə ünvanına böhtan və ya təhqir xarakterli məlumat yazılırsa, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri əsasında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilə bilər. Bundan başqa, mülki qaydada da məhkəməyə iddia verərək təkzib tələb etmək və ya dəymiş zərərin əvəzinin ödənilməsini istəmək mümkündür. Bu hüquqların pozulması, o cümlədən məmurların və ya digərlərinin xəbər sildirməsi halları qanunvericiliklə məsuliyyətə səbəb olur. Yəni bu istiqamətdə qanunvericiliyimizdə hər şey mövcuddur və dəyişikliklərə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud hüquqi mexanizmlər düzgün, ardıcıl şəkildə tətbiq edilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsinə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Ukraynaya “Aster” raketləri və “Mirage” qırıcıları veriləcək - Makron

Növbəti Yazı

“4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.