Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ
  • Gecə Bakıda eşidilən səslə bağlı AÇIQLAMA
  • Nərmin Həsənliyə vəzifə verildi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

İqtisadiyyat Ariz Əhədov13.12.2025 - 12:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“NeoOrdo” layihəsi çərçivəsində Azərbaycanda süni intellekt texnologiyaları üzrə yüksək texnologiyalı istehsal fabrikinin yaradılması planlaşdırılır.

Yeniera.az xəbər verir ki, layihə “Azturk Holding” ilə Çinin aparıcı süni intellekt şirkətlərindən biri arasında imzalanmış strateji əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

“Azturk Holding”in prezidenti Güləli Bağırov bildirib ki, “NeoOrdo” təşəbbüsü ölkədə süni intellekt sahəsində ilk iri istehsal mərkəzlərindən birinin formalaşmasını hədəfləyir. Onun sözlərinə görə, layihə Azərbaycanın texnoloji infrastrukturunun gücləndirilməsi ilə yanaşı, qlobal süni intellekt bazarında mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

“Bu layihə yalnız texnologiya istehsalı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə Güləli Bağırov vurğulayıb.

Layihənin icrası nəticəsində 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Xüsusilə gənclər üçün yüksək texnologiyalar sahəsində yeni məşğulluq imkanları açılacaq ki, bu da yerli kadr potensialının inkişafına mühüm töhfə verəcək.

Şirkət rəhbərliyi qeyd edib ki, layihə çərçivəsində yerli müəssisələrin yeni texnologiyalarla inteqrasiyası sürətlənəcək və bu proses ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Layihənin əsas istiqamətlərindən biri Çin-Azərbaycan strateji əməkdaşlığıdır. Çinli tərəfdaşlarla qurulan bu əməkdaşlıq qabaqcıl texnologiyaların Azərbaycana transferini təmin etməklə yanaşı, ölkəni beynəlxalq investorlar üçün daha cəlbedici edəcək.

“NeoOrdo” layihəsi çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, regional və beynəlxalq bazarlara ixracı da planlaşdırılır. Eyni zamanda nəqliyyat və logistika imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Şirkət rəhbərliyi layihənin növbəti mərhələlərində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini və Azərbaycanın qlobal texnologiya mərkəzlərindən birinə çevrilməsini hədəflədiklərini bildirib.


image-img-20251213-wa0017 image-img-20251213-wa0018 image-img-20251213-wa0019 image-img-20251213-wa0020

Bənzər Xəbərlər

17.03.2026 - 00:33Ariz Əhədov

Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

17.03.2026 - 00:13Ariz Əhədov

Nərmin Həsənliyə vəzifə verildi – FOTO

16.03.2026 - 23:56Ariz Əhədov

Müəllimlərə bayramda bu qədər MÜKAFAT VERİLƏCƏK

16.03.2026 - 23:55Ariz Əhədov

38 yaşlı qadın iynədən sonra ÖLDÜ

16.03.2026 - 23:15Ariz Əhədov

Bakı metrosunda yeni qadağa

16.03.2026 - 22:48Ariz Əhədov

ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var

16.03.2026 - 14:41Yeni Era

Azərbaycana ən çox dərman idxal edən ölkələr - SİYAHI

16.03.2026 - 12:06Ariz Əhədov

Hərbi xidmətdən boyun qaçıranlara PİS XƏBƏR- QAYDALAR SƏRTLƏŞDİRİLİR

16.03.2026 - 11:55Ariz Əhədov

“NATO ABŞ-yə kömək etməsə, onu çox pis gələcək gözləyir”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 187

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 680

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 357

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 772
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.