• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb

25 Sentyabr, 25 / 16:18
A A
Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 24-də Özbəkistana rəsmi səfərə gedib.

Bu barədə Yeniera.az-a Baş Prokurorluqdan məlumat verilib.

Əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüşdə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlər arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Özbəkistan – Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlət başçısının siyasi iradələrinin təzahürü kimi 23 avqust 2024-cü il tarixdə Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dən sonra reallaşan strateji layihələrin ölkələri daha da yaxınlaşdıracağını, xalqların rifahına xidmət göstərəcəyini qeyd edib.

Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra, Özbəkistan dövləti tərəfindən Qarabağda aparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusi vurğulayaraq, 23 avqust 2023-cü il tarixdə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlət başçısının iştirakları ilə cari ilin 2 iyul tarixində Bakı şəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmin tarixdə dövlət başçıları tərəfindən “Özbəkistan” parkının təməlinin qoyulmasını qeyd edib.

Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqramda tərəflərin “Cinayət yolu əldə edilmiş aktivlərinin xaricdən qaytarılması mexanizmləri” mövzusunda seminarda, prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrə Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasının illik konfransında iştirakları, həmçinin “Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı” mövzusunda seminarın və “Prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda “dəyirmi masanın” təşkili nəzərdə tutulub.

Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 4-cü iclasında iştirak edib.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

ABŞ rəsmisi: İranla danışıqlara hazırıq

Növbəti Yazı

Əziz Orucovla bağlı qərar verildi

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.