Quba rayonunda bir ailənin üç üzvü göbələkdən zəhərlənib.
Yeniera.az xəbər verir ki, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri Seyid, Ümman və İlqamə Seyidovlar göbələk yedikdən sonra halları pisləşdiyi üçün tibbi yardım üçün müraciət ediblər.
Onlar ilkin müayinədən sonra zəhərlənmə şübhəsi ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

