• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? – Yeni seçim

15 Sentyabr, 25 / 10:18
A A
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? – Yeni seçim

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.

Özəl pensiya fondları vətəndaşların yığım vərdişlərinin formalaşmasına stimul verə bilərmi? Bu, pensiya sisteminin dayanıqlılığına və uzunmüddətli maliyyə sabitliyinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması əhəmiyyətli bir islahat sayılır və pensiya sisteminin gələcəkdə necə formalaşacağına ciddi təsir edə bilər:

“Azərbaycanda pensiyalar əsasən dövlət sosial sığorta sisteminə, yəni “pay-as-you-go” (PAYG) modelinə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir. Əhali yaşlananda və işçi-pensiyaçı nisbəti azaldıqca bu sistemdə maliyyə təzyiqi artır. Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır. Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönləndiriləcək, bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər. Pensiya fondlarının topladığı vəsaitlər səhm, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzunmüddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listinq olunmasına səbəb ola bilər”.

İqtisadçı qeyd edib ki, fondlar düzgün tənzimlənərsə maliyyə sisteminə əlavə “yastıq” yaradılır və böhran dövrlərində dövlətin yükü azalır:

“Vergi güzəştləri və ya dövlətin müəyyən bir hissə ilə yığımlara qoşulması vətəndaşları aktiv iştirak etməyə təşviq edə bilər. Hazırda insanların əksəriyyəti gəliri qısa müddətli istehlaka yönəldir. Özəl pensiya fondları isə uzunmüddətli maliyyə planlaşdırma və qənaət vərdişini gücləndirə bilər. Vətəndaşların fondlara etimadı ən kritik faktordur. Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır. Proses risklərdən də xali deyil. Məsələn, fondların səhv investisiya qərarları vətəndaşların yığımını təhlükəyə ata bilər. Vəsaitlərin uzunmüddətli alətlərdə dondurulması təcili ehtiyac zamanı çıxış imkanlarını da məhdudlaşdıra bilər”.

Ekspert əlavə edib ki, ilk mərhələdə vətəndaşların fondlara qoşulmaqda tərəddüdü mümkündür:

“Ümumiyyətlə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər. Bununla yanaşı, bu fondlar vətəndaşların yığım və maliyyə savadlılığı mədəniyyətinin formalaşmasında əsas stimul rolunu oynaya bilər. Amma uğurun açarı güclü qanuni baza, dövlət nəzarəti və şəffaf idarəçilik olacaq”.

Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib

Növbəti Yazı

Messinin kartı rekord məbləğə satıldı

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.