Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tanınmış iş adamına ağır itki
  • Bu rayonda əməliyyat keçirildi – Saxlanılanlar var
  • 75 yaşlı rektor vəzifəsindən azad ediləcək – Prorektorların da 68 və 79 yaşı var…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Formula-1»Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər – Bakıdan süni adaya

Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər - Bakıdan süni adaya

Formula-1 Ariz Əhədov20.02.2026 - 11:19
BAKU, AZERBAIJAN - APRIL 30: Charles Leclerc of Monaco driving the (16) Ferrari SF-23 on track during the F1 Grand Prix of Azerbaijan at Baku City Circuit on April 30, 2023 in Baku, Azerbaijan. (Photo by Bryn Lennon - Formula 1/Formula 1 via Getty Images)
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Formula 1 Azərbaycan Qran-Prisinin yerinin dəyişdirilməsi gündəmə gəlib.

YENİERA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Move Real Estate” Forumunun kuluarlarında “RİA Novosti”yə açıqlamasında bildirib.

O, yaxın gələcəkdə “Sea Breeze” kurortu ərazisində alov formasında, sahəsi 200 hektar olan süni adanın salınmasını planlaşdırdıqlarını açıqlayıb.

Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adı verilmiş bu layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının şedevrlərini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını tamamilə dəyişdirəcəyi gözlənilir.

Layihənin dəyəri təxminən 15-16 milyard dollar qiymətləndirilir. Bunun 1 milyardı təkcə adanın yaradılmasına xərclənəcək, orada daşınmaz əmlakın tikintisi isə tikintinin sıxlığından və kvadratmetrindən asılı olaraq, təxminən 10-15 milyard dollara başa gələcək.

E.Ağalarovun sözlərinə görə, adanın tikinti konsepsiyası üzərində işə bir neçə tanınmış beynəlxalq memarlıq şirkətinin cəlb edilməsi planlaşdırılır. Avtomobil yarışları üçün trasın layihələndirilməsi ilə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) birinci kateqoriyalı yarış avtodromlarının tərtibatçısı kimi tanınan “Tilke Engineering” məşğul olacaq.

“Biz bütün “Fire Island” ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etmək niyyətindəyik. Formula 1 yarışlarının təşkilatçıları köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığını çox bəyənirlər. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim”, – Ağalarov deyib.

O həmçinin “Fire Island” adasında yeni Formula 1 trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb. Bununla belə, biznesmen hələlik yarışın Bakı mərhələsinin trasının köçürülməsi haqqında saziş imzalanmadığını, yekun müddətin layihənin maliyyələşdirilmə sxemindən asılı olacağını söyləyib.

“Bu halda biz dövlət investisiyalarına arxalana bilmərik, yəni bu layihəni öz gücümüzlə həyata keçirməliyik. Bu isə o deməkdir ki, trasın tikintisi üçün faktiki investisiyalar bu layihədə bizim tərəfdaşımız olacaq developer şirkətlərin xərclərinə daxil ediləcək”, – Ağalarov əlavə edib.

Qeyd edək ki, hazırda Bakı Şəhər Halqası (Baku City Circuit) şəhər trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur. Uzunluğu təxminən 6 kilometrə çatan bu trekdə bolidlər 370 km/saat sürət yığa bilirlər. Yarışın süni adada yerləşəcək stasionar avtodroma köçürülməsi isə təhlükəsizliyi artırmağa, eləcə də tamaşaçılar və komandalar üçün infrastruktur imkanlarını genişləndirməyə imkan verəcək.

Bənzər Xəbərlər

10.04.2026 - 21:57Ariz Əhədov

Tanınmış iş adamına ağır itki

10.04.2026 - 19:33Ariz Əhədov

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

10.04.2026 - 19:15Ariz Əhədov

75 yaşlı rektor vəzifəsindən azad ediləcək - Prorektorların da 68 və 79 yaşı var…

10.04.2026 - 18:59Ariz Əhədov

3 gün leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ

10.04.2026 - 18:54Ariz Əhədov

Naxçıvan Ombudsmanı ləğv edildi

10.04.2026 - 18:52Ariz Əhədov

Xüsusi Təyinatlı Qüvvələr hazır vəziyyətə gətirildi

10.04.2026 - 18:20Ariz Əhədov

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10.04.2026 - 18:08Ariz Əhədov

Aprelin sonu bəzi bürclərə uğur gətirəcək - ADLAR

10.04.2026 - 17:50Ariz Əhədov

Vüsal Aslanov ona yüksək vəzifə verdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 938

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 849

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 815

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 010
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.