Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobillərində yolda qalıblar.
Yeniera.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.
Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, 16 nəfər ilə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.
T.Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb.

