Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər

Siyasət Ariz Əhədov10.06.2026 - 17:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin ölkənin xarici işlər naziri Toşimitsu Motegi ilə görüşüb.

XİN-dən Yeniera.az-a verilən məlumata görə, Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu, habelə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin, Prezident İlham Əliyevin 2006-cı il səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ olduğu, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb.

Görüş zamanı, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm, idman, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər 2027-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını vurğulayaraq, ötən dövr ərzində qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bu əlamətdar yubileyin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaratdığı bildirilib.

Nazir C.Bayramov Yaponiya vətəndaşları üçün Azərbaycan tərəfindən tətbiq olunması nəzərdə tutulan vizasız rejim təşəbbüsü barədə məlumat verib. Nazirlər bunun insanlar arasında təmasların, turizm və işgüzar əlaqələrin inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.

Tərəflər enerji təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd ediblər. Azəri-Çıraq-Günəşli yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri çərçivəsində mövcud uğurlu əməkdaşlıq nümunələri yüksək qiymətləndirilib.

Görüş zamanı, Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.

Bənzər Xəbərlər

23.09.2026 - 20:34Gülnar Əliyeva

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

23.09.2026 - 19:15Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

23.09.2026 - 17:25Gülnar Əliyeva

Prezident ona yüksək vəzifə verdi - FOTO+ DOSYE

23.09.2026 - 17:00Gülnar Əliyeva

Prezidentdən “AzerGold”la bağlı - Sərəncam

23.09.2026 - 16:50Gülnar Əliyeva

Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

23.09.2026 - 16:25Gülnar Əliyeva

İlham Əliyev Fərman imzaladı

23.09.2026 - 15:24Gülnar Əliyeva

Martin Ryan azadlığa buraxıldı

23.09.2026 - 11:28Gülnar Əliyeva

Prezident əfv Sərəncamı imzaladı - Adlar

23.09.2026 - 11:25Gülnar Əliyeva

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 078

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 113

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 028

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 823
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.