Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident təbrik məktubu göndərdi
  • Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
  • Siyəzəndə körpü uçdu: Kəndlə əlaqə kəsildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda benzinlə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda benzinlə bağlı MÜHÜM XƏBƏR

İqtisadiyyat Ariz Əhədov28.05.2026 - 09:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual isə budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft və enerji daşıyıcılarının bahalaşması, eləcə də region ölkələrində yanacaq qiymətlərinin artması Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı gözləntiləri gücləndirir.

“Ölkədə yanacaq qiymətləri tam bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarındakı dəyişikliklər daxili bazara birbaşa və dərhal təsir göstərmir.

Yaxın dövrdə kəskin qiymət artımı ehtimalı yüksək görünmür. Bunun əsas səbəblərindən biri Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının böyük hissəsinin yerli istehsal hesabına təmin olunmasıdır. Son aylarda benzin istehsalının artması da daxili bazarda müəyyən sabitlik formalaşdırır.

Bununla belə, son illərdə Azərbaycanda yanacaq qiymətlərinə bir neçə dəfə düzəliş edilməsi göstərir ki, hökumət zəruri hesab etdiyi halda mərhələli qiymət artımına gedə bilər”.

Ekspertin fikrincə, logistika xərclərinin yüksəlməsi, neft emalı və modernləşmə xərcləri, eləcə də büdcə və vergi siyasəti gələcəkdə qiymət artımını şərtləndirən əsas amillər sırasındadır.

Akif Nəsirli vurğulayıb ki, mövcud şəraitdə Azərbaycanda benzinin yenidən bahalaşması tam istisna olunmur. Lakin yaxın aylarda bunun kəskin şəkildə baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. Daha real ssenari kimi isə mərhələli və məhdud qiymət artımı göstərilir.

KONKRET.az

Bənzər Xəbərlər

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

29.05.2026 - 23:48Ariz Əhədov

Alidə Hüseynova VƏFAT ETDİ - FOTO

29.05.2026 - 23:35Ariz Əhədov

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?

29.05.2026 - 21:03Ariz Əhədov

Maaş alanların nəzərinə - Deputat ŞAD XƏBƏR VERDİ

29.05.2026 - 15:32Ariz Əhədov

DƏHŞƏTLİ avtobus qəzası - Yaralılar var

29.05.2026 - 15:30Ariz Əhədov

Bakıya güclü yağış yağacaq

29.05.2026 - 15:00Ariz Əhədov

Gəncədə PARTLAYIŞ - 1 nəfər...

29.05.2026 - 14:00Ariz Əhədov

Putindən Paşinyana  qarşı ŞOK TƏLƏ: 100 minlik PLANDA KİMLƏR VAR?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 625

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 257

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 033

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 254
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.