Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiyməti 0,05 manat və ya 3% artaraq 1,65 manat olub.
“PostMedia” xəbər verir ki, yeni qiymətlər iyunun 24-dən qüvvəyə minib.
Yanacaqdoldurma məntəqələrində (YDM) bunu qiymət artımının idxal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər.
Xatırladaq ki, Aİ-95 (Premium) markalı benzinin qiyməti Azərbaycanda dövlət tərəfindən (Tarif Şurası) tənzimlənmir. Qiymətlər idxal dəyərinə uyğun olaraq sərbəst bazar şərtlərinə və şirkətlərin qərarlarına əsasən formalaşır.
Hazırda YDM-lərdə 1 litr “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1,15 manatdır.
