Meyxanaçı Samirə Yusifqızının müğənni qızı Fərəhə efir qadağası qoyulub.
Yeniera.az xəbər verir ki,buna səbəb müğənninin bir müddət öncə xoşagəlməz fikirlər söyləməsi olub.
Bu barədə müğənni özü Elgiz Əkbərin aparıcısı olduğu “Şaklq Olsun” proqramında məlumat verib.
Müğənni bildirib ki,hazırda efirlərə ona qadağa qoyulub.
“Həmin məsələyə görə 500 manat cərimə olundum.Mənə ən ağır cəza isə tamaşaçıların tənqidi oldu.Ona görə də dediyim sözlərə görə üzr istədim”,-deyə müğənni bildirib.
Qeyd edək ki,Fərəh həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı bütün qadınların qəzəbinə tuş gəlib. O,müğənninin bədən quruluşunu müdafiə edərkən qadınları təhqir etmişdi.
Samirə Yusifqızı isə övladının hərəkətinə görə Azərbaycan xalqından üzr istəyib.
