Braziliyada içərisində məşhur müğənninin də olduğu Bell 430 tipli helikopterin axtarışları davam etdirilir.

Yeniera.az xəbər verir ki, G1 portalının məlumatına görə, helikopterdə Rick & Renner duetinin üzvü Geraldo Antônio de Carvalho, iş adamı Bruno Avelar, videoqraf və pilot olub.

Hadisə ölkənin cənubundakı Santa Katarina ştatında baş verib. Helikopterin ehtimal olunan itkin düşmə ərazisində yağışlı və küləkli hava şəraitinin hökm sürdüyü bildirilir.
Əlverişsiz hava şəraitinə baxmayaraq, xilasetmə və axtarış qrupları helikopterin tapılması üçün işləri davam etdirir.

Qeyd edək ki, iyun ayında amerikalı müğənni Oliver Tree-nin Rio-de-Janeyroda helikopter qəzasında həlak olduğu bildirilmişdi.

YENİERA.AZ

Exit mobile version