Azərbaycanda dilənçiliklə məşğul olan və yetkinlik yaşına çatmayanları bu işə cəlb edən şəxslərə qarşı müxtəlif cərimələr tətbiq edilir.
Yeniera.az xəbər verir ki, bu növ hüquqpozmalara görə həm pul
cərimələri, həm də inzibati həbs qətimkan tədbiri nəzərdə tutulur.
Dilənçiliklə məşğul olanlar üçün cəzalar
Qanunvericiliyə görə, dilənçiliklə məşğul olan şəxslərə qarşı ilk növbədə xəbərdarlıq edilir və ya 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunur.
İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda şəxs 10 günədək müddətə inzibati həbs edilə bilər.
Uşaqları dilənçiliyə cəlb edənlər daha ağır cəzalandırılır
Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cəlb edilməsinə görə cəzalar daha sərtdir. Bu əməli törədən şəxsləri:
- 200 manatdan 500 manatadək məbləğdə cərimə gözləyir.
- İşin halları və şəxsiyyət faktoru nəzərə alınaraq qeyd olunan tədbirlər az hesab olunarsa, qanun pozucularına 15 günədək müddətə inzibati həbs tətbiq oluna bilər.
Hüquq-mühafizə orqanları bu növ hallarla mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.
