Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulda ağır qəza – 30 yaralı
  • DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb
  • Sabah rekord İSTİ OLACAQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda iş vaxtını işçilər özləri seçəcək – YENİ QAYDALAR

Azərbaycanda iş vaxtını işçilər özləri seçəcək - YENİ QAYDALAR

İqtisadiyyat Gülnar Əliyeva22.07.2026 - 18:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Respublikasının “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində ölkədə beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilen məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına əsaslanan bu model həftəlik 40 saatlıq iş normasını saxlamaqla, işçiyə günün başlanma və bitmə saatlarını müəyyən çərçivədə sərbəst seçmək imkanı verir. Yenilik əmək məhsuldarlığını artırmaqla yanaşı, iş və şəxsi həyat balansı yaratmağa xidmət edir.

Məlumata əsasən, model İT, maliyyə, təhsil, analitik dövlət strukturları, eləcə də azyaşlı uşağı olanlar, əlillik statusu daşıyanlar və hibrid çalışanlar üçün xüsusilə əlverişlidir. 2026-2030-cu illər ərzində beynəlxalq təcrübə araşdırılacaq, normativ-hüquqi baza hazırlanacaq və sistem mərhələli şəkildə tətbiq olunacaq.

Yeniera.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan insan resursları mütəxəssisi Röyal Əhmədov bildirib ki, çevik iş vaxtı mexanizminin mahiyyətini düzgün anlamaq vacibdir:

“İlk növbədə, çevik iş vaxtını 4 günlük iş həftəsi ilə eyniləşdirmək olmaz. Çevik rejimdə 40 saatlıq normativ dəyişmir, sadəcə 09:00-18:00 qrafiki əvəzinə 08:00-17:00 və ya 10:00-19:00 kimi seçimlər yaradılır. 4 günlük iş həftəsi isə tamamilə fərqli hüquqi və iqtisadi tənzimləmə tələb edir. Əgər həftəlik 40 saatlıq norma saxlanılırsa, 4 günlük iş həftəsində həmin 40 saatın 4 gün ərzində, məsələn, gündə 10 saat olmaqla təşkil edilməsi mümkündür. Lakin bu zaman artıq söhbət sadəcə işə başlama və bitirmə saatlarının çevikliyindən deyil, iş günlərinin sayının dəyişdirilməsindən gedir. Digər model isə həftəlik iş saatlarının, məsələn, 32 və ya 36 saata endirilməsi ilə 4 günlük iş həftəsinin tətbiqidir ki, bu, daha geniş hüquqi və iqtisadi qiymətləndirmə tələb edir”.

Ekspertin fikrincə, proses mərhələli aparılmalıdır. İlk növbədə İT, maliyyə, konsaltinq, marketinq və HR kimi nəticəyönümlü sahələrdə başlamaq daha realdır. Dövlət sektorunda vətəndaşlarla birbaşa işləyən qurumlarda ehtiyatlı davranılmalı, xidmətin əlçatanlığı qorunmalıdır. Özəl sektor isə bu modelə daha tez uyğunlaşacaq.

Mütəxəssis vurğulayır ki, ən kritik məqam hüquqi tənzimləmədir:

“Çevik rejim işçinin əməkhaqqının, ödənişli məzuniyyətin və əmək stajının azalmasına səbəb olmamalıdır. Eyni zamanda, burada ən vacib məsələ çevik iş rejiminin formal olaraq tətbiq edilməsi deyil, real və işlək mexanizmin qurulmasıdır. Çünki iş saatlarının çevikləşdirilməsi adı altında işçinin daim onlayn və əlçatan olması, iş vaxtından sonra da tapşırıqların verilməsi kimi hallara yol verilərsə, bu, çevik iş rejimi yox, əksinə, iş vaxtının qeyri-müəyyən şəkildə uzadılması demək olar. Buna görə də gələcək hüquqi mexanizmlərdə “iş vaxtından kənar əlaqə hüququ”, əlavə işin uçotu və işçinin istirahət hüququ kimi məsələlər də diqqətdə saxlanılmalıdır”.

R.Əhmədovun sözlərinə görə, gələcəkdə pilot layihələrin nəticələri uğurlu olarsa, bu, 4 günlük iş həftəsi kimi daha fərqli əmək modellərinin də müzakirəsinə zəmin yarada bilər.

Bənzər Xəbərlər

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25.07.2026 - 11:20Gülnar Əliyeva

Rusiyada yaşayanlara XƏBƏRDARLIQ: Pul köçürmələri DAYANDIRILDI

25.07.2026 - 10:00Gülnar Əliyeva

İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI

25.07.2026 - 09:31Gülnar Əliyeva

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

25.07.2026 - 09:27Gülnar Əliyeva

Polkovnik-leytenant vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 531

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 545

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 427
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.