Azərbaycanda problemli kreditlərin həcminin kəskin artması və bunun iqtisadiyyata vurduğu ziyan ölkədə ciddi narahatlıq doğurub.

Yeniera.az xəbər verir ki, tanınmış vəkil Aslan İsmayılov məsələ ilə bağlı açıqlamasında iqtisadi vəziyyəti kəskin tənqid edib. Onun sözlərinə görə, mövcud durum ölkədə sahibkarlığın vəziyyətini ağırlaşdırır:

“Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 37%-ə yaxın, yəni təxminən 268 milyon manat artıb. Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib. Bu gedişlə gələn il 1 milyard manatı keçər. Bu isə o deməkdir ki, ən azı son bir ildə iş adamlarının gəliri 268 milyon manat azalıb. Ona görə ki, imkanı olan heç bir iş adamı kredit borcunun artmasını istəməz. Bu da yüzlərlə obyektlərin bağlanması, minlərlə insanların işsiz qalması deməkdir. İqtisadi bloka cavabdeh olan məmurlar, budur sizin islahatların nəticəsi?!”

///Konkret.az

Exit mobile version