Parisdə Bakıdakı həbsxanada cəza çəkən erməni separatçılarına həsr edilmiş sərginin rəsmi açılış mərasimi ləğv olunub.
Yeniera.az xəbər verir ki, Paris meriyası şəhər meriyasının qarşısında keçirilməsi nəzərdə tutulan təntənəli açılış mərasimindən imtina edib.
Məlumata görə, sərginin özü artıq bir neçə gündür nümayiş etdirilir. Lakin təşkilatçıların açıqlamasına əsasən, ekspozisiyanın rəsmi açılış hissəsinin keçirilməməsi qərara alınıb.
Bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sərginin təşkil olunması ilə əlaqədar Paris meriyasına etiraz məktubu göndərmişdi.
Səfir Azərbaycan tərəfinin mövqeyini Paris rəhbərliyinin diqqətinə çatdıraraq tədbirin keçirilməsinə etirazını bildirmişdi.
Musavat.com
