eSim reklamları özünü doğrultmadı. Azercelldən də narazılıq tükənmir. Nazilə Səfərlinidən “Maşennik” ittihamı.
Ajans.az xəbər verir ki, Nazilə Səfərli sosial şəbəkədə xaricə səfəri zamanı yaşadığı internet problemi ilə bağlı paylaşım edib.
O bildirib ki, səfər öncəsi bloggerlərin reklam etdiyi eSIM xidmətlərindən birindən istifadə edib və Türkiyədə internet paketi alıb. Lakin səfər zamanı internetin işləmədiyini deyən Nazilə Səfərli çətin vəziyyətdə qaldığını bildirib.
N.Səfərli eyni zamanda Azercell mobil operatoru tərəfindən ona yüksək məbləğdə faktura yazıldığını iddia edib. Onun sözlərinə görə, fakturalı xətt istifadəçisi olmadığı halda hesabına hər ay 240-270 manat civarında ödəniş əlavə olunur.
Nazilə Səfərli bununla bağlı operatora müraciət etdiyini, ona isə xəttindən yüksək həcmdə internet istifadəsi olduğu bildirildiyini deyib.
O, problemin araşdırılması üçün operatorun ofisinə şəxsən müraciət edəcəyini açıqlayıb.
