“AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri Gündüz Məmmədli vəzifəsindən ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətdən məlumat əldə edib.
Məlumata görə, Gündüz Məmmədli avqust ayının sonundan etibarən şirkətdən ayrılıb və hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, G.Məmmədli 2025-ci ildən “AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
O, əmək fəaliyyətinə 2009-cu ildə məhkəmə sahəsində başlayıb. 2011–2021-ci illərdə “AzRe Təkrarsığorta” ASC-nin Hüquq departamentində şöbə müdiri və departament rəhbəri vəzifələrində çalışıb. Eyni zamanda “Qala Sığorta” ASC-də Audit Komitəsinin sədr müavini olub. 2014-cü ildən Azərbaycan Respublikası “AzerGold”dan əvvəl isə “Təmiz Qaz” QSC-nin Hüquq şöbəsinin rəhbəri olub.\\plat.az
