• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home İqtisadiyyat

"AzerGold"un müşaviri Bakı Dövlət Universitetində təqdimatla çıxış edib

26 Noyabr, 25 / 11:25
A A
"AzerGold"un müşaviri Bakı Dövlət Universitetində təqdimatla çıxış edib

“AzerGold” QSC-nin müşaviri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professor-müəllim heyəti üçün təqdimatla çıxış edib.

“AzerGold” tərəfindən “Müasir innovativ kəşfiyyat metodlarının tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının filiz potensialının qiymətləndirilməsi” mövzusunda keçirilən təqdimat dövlət şirkəti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işlərinin əsas istiqamətləri, ölkəmizin mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və yeni mədənlərin işə salınması istiqamətində həyata keçirilən fəaliyyət ilə bağlı mövzuları əhatə edib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” tərəfindən icra edilən proqrama əsasən Kiçik Qafqaz sıra dağları – Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasını əhatə etməklə ümumilikdə 15 409 km² sahədə kompleks geoloji tədqiqatların aparılması nəzərdə tutulub.

Çıxış zamanı dövlət şirkəti tərəfindən helikopterlə aparılan müasir və qeyri-invaziv axtarış metodlarından biri olan aeroelektromaqnetik tədqiqatlar haqqında bəhs edilib. Qeyri-invaziv tədqiqatların əhəmiyyəti, bu metodun daha qısa müddətdə perspektivli sahələrin müəyyən olunmasına və yüksək maliyyə tələb edən buruqqazma işlərinə qənaət edilməsinə verdiyi töhfələr, eləcə də ekoloji səmərəliliyi vurğulanıb.

Ş.Musayev təqdimatında qeyd edib ki, geoloji tədqiqatların nəticələri yeni perspektivli sahələrin müəyyən olunmasına, gələcək hasilat işlərinin isə dövlət tərəfindən təyin ediləcək operatorlar tərəfindən həyata keçirilməsinə şərait yaradacaq. Geoloq eyni zamanda mövcud yataqlarda ehtiyatların yenidən qiymətləndirilməsi ilə bağlı görülən işlərdən də bəhs edib, Şərqi Zəngəzur iqtisadi rayonunda, Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatların gedişatı barədə ətraflı məlumat verib.

Cəmiyyətin 9 illik fəaliyyəti ərzində hasilat, ixrac, vergi və sosial ödənişlər, pərakəndə satış həcmləri, gəlirlər üzrə statistik göstəricilər, həmçinin həyata keçirilən sosial məsuliyyət layihələri barədə məlumatlar da tədbir iştirakçılarına təqdim edilib.

Tədbir sual-cavab və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Rüstəm İbrahimov AZƏRBAYCANA GƏTİRİLİR - FOTO

Növbəti Yazı

"Barselona"nın 53 oyunluq seriyası başa çatıb

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.