• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

"AzerGold"un təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verilib

18 Noyabr, 25 / 12:50
A A
"AzerGold"un təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verilib

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir formatda interaktiv kitab köşkü quraşdırılıb.

Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır.

Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə bilir.

Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri müəyyənləşdirərək onların reytinqini formalaşdırır.

Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap edilmiş 400-dək yeni kitab təqdim olunur.

“AzerGold” bu layihə ilə icmaların intellektual inkişafına töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi hədəfləyir.

Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Bakıda 70 minlik OĞURLUQ

Növbəti Yazı

Uitkof Türkiyəyə səfər edəcək

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.