• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Bahar Muradova Serbiyada keçirilən beynəlxalq konfransda çıxış edib

17 Dekabr, 25 / 15:53
A A
Bahar Muradova Serbiyada keçirilən beynəlxalq konfransda çıxış edib

Serbiya Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Serbiya – Bizim Ailəmiz” “Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” adlı beynəlxalq konfransda çıxış edib.

Yeniera.az xəbər verir ki, Serbiya Respublikasının Baş naziri Duro Macutun da iştirak etdiyi konfrans çərçivəsində 3 panel müzakirəsi təşkil olunub. Konfransda demoqrafik çağrışların həlli, bu istiqamətdə görülən tədbirlər və nəticələr, gələcək planları əhatə edən suallar ətrafında iştirakçı dövlətlərin rəsmilərinin çıxışları dinlənilib.

Bahar Muradova çıxışında ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasətinin vahid və əlaqələndirilmiş şəkildə icrası, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, məşğulluğunun təmin edilməsi və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Komitə sədri Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial problemlərin həllinəyönələn,valideyn himayəsindən məhrum olmuş, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar və uşaq evlərindən çıxan gənclər üçün həyata keçirdiyi sosial layihələri xüsusi vurğulayıb.

B.Muradova Azərbaycanda son illər aparılan çevik və ardıcıl islahatlardan danışıb. Dövlətin gəncləri ailə həyatı qurmağa təşviqi üçün məşğulluq, təhsil və sağlamlıq imkanları genişləndirməsindən, ekən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması nəticəsində bu halların azalmasından və yerli icma liderlərinin rolundan bəhs edib.

O, çıxışında ölkəmizdə aparılan demoqrafik siyasətin prioritetlərini orta və uzunmüddətli perespektivdə şərh edib. Sədr qeyd edib ki, “Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır. Məqsədimiz təkcə demoqrafik göstəricilərin qorunması deyil, ailə institutunun gücləndirilməsi; qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi; uşaqların hüquq və rifahının təmin edilməsidir.”

Konfransın işini ölkələr arasında təcrübə mübadiləsi, qarşılıqlı öyrənmə və demoqrafik çağırışlara cavab vermək baxımından yüksək qiymətləndirən Bahar Muradova ölkəmizin ailə, qadın və uşaq siyasəti sahəsində öz təcrübəsini bölüşməyə və eyni zamanda digər ölkələrin uğurlu modellərindən öyrənməyə açıq olduğunu deyib.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Elektrik yuvalarının üstü açıq olub

Növbəti Yazı

"Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb

XƏBƏR LENTİ

Moskvada azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Xalq artisti tanınamaz halda - FOTOLAR

İlham Əliyev Qətər Əmirini təbrik edib

Kredit və borcu olanlara sevindirici xəbər - QƏRAR

Bu bürclərə XƏBƏRDARLIQ: GÜN ƏRZİNDƏ...

Nazirdən iki təyinat

Türkiyədə mənəvi Milad təcrübəsi - FOTOLAR

BP-nin Baş icraçı direktoru dəyişir

Ançelottinin oğlu Braziliya klubundan ayrıldı

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb

Ağdamda minaya düşən traktorçu hospitala təxliyə edilib 

Aleyna Tilki və daha bir neçə məşhur SAXLANILDI

Brüsseldə Fitsonun təyyarəsi uçuşa yararsız vəziyyətə salınıb

Azərbaycan nefti neçəyə satılır?

Azərbaycanda ağır qəza oldu - Ölən var

Avtomobil qaz xəttinə çırpıldı - 8 minə yaxın abonent qazsız qaldı

Venesuela BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Mirmahmud Mirəlioğlunun ölən 18 yaşlı nəvəsinin FOTOSU

ABŞ bu gecə müharibəyə başlaya bilər

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.