Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Qarabağ”da SÜRPRİZ hücumçu – 40 qol vurdu, Qurban Qurbanov bəyəndi
  • Bu vəkillər hakim təyin olundu – SİYAHI
  • Azərbaycanda nazirlər hansı partiyanın üzvüdür? – SİYAHI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bahar Muradova serbiyalı nazirlə görüşdü – FOTO

Bahar Muradova serbiyalı nazirlə görüşdü - FOTO

Cəmiyyət Ariz Əhədov12.03.2026 - 18:19
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüşüb.

YENİERA.az xəbər verir ki, görüşdə iki ölkə arasında ailə siyasəti, qadınların hüquqlarının müdafiəsi və demoqrafik inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər xüsusilə bu sahələrdə birgə layihələrin həyata keçirilməsinin və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan və Serbiya arasında mövcud dostluq münasibətlərinin ailə, qadın və demoqrafiya siyasəti sahələrində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığını qeyd edib. Birgə fəaliyyətin daha səmərəli təşkili üçün çevik əlaqə və işçi qruplarının yaradılmasının vacibliyini vurğulayan B. Muradova bildirib ki, bu cür addımlar əməkdaşlığın konkret fəaliyyət müstəvisinə keçməsinə şərait yaradacaq.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Serbiyada demoqrafiya strategiyasının hazırlanması, ailələrin müdafiəsi və gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. O, bu sahədə Azərbaycanın əldə etdiyi müsbət təcrübənin öyrənilməsinin faydalı olacağını bildirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, birgə faydalı təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

Bənzər Xəbərlər

10.10.2026 - 23:08Gülnar Əliyeva

“Qarabağ”da SÜRPRİZ hücumçu - 40 qol vurdu, Qurban Qurbanov bəyəndi

10.10.2026 - 23:00Gülnar Əliyeva

Bu vəkillər hakim təyin olundu - SİYAHI

10.10.2026 - 21:20Gülnar Əliyeva

Azərbaycanda nazirlər hansı partiyanın üzvüdür? – SİYAHI

10.10.2026 - 16:49Gülnar Əliyeva

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - Açıqlama

10.10.2026 - 15:52Gülnar Əliyeva

Rəis müavininə FHN-də yüksək vəzifə verildi

10.10.2026 - 15:37Gülnar Əliyeva

Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

10.10.2026 - 15:28Gülnar Əliyeva

Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi

10.10.2026 - 15:07Gülnar Əliyeva

“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı – 90 milyon manata yaxın...

10.10.2026 - 14:40Gülnar Əliyeva

Pensiyalarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – RƏSMİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 272

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 248

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 144

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.