• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
10°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Bahar Muradova Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib

10 Dekabr, 25 / 17:00
A A
Bahar Muradova Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 10 dekabr 2025-ci il tarixində Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığın inkişafı” adlı beynəlxalq konfransda çıxış edib.

Yeniera.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti adından çıxış edən Bahar Muradova daha təhlükəsiz və dayanıqlı dünyanın qurulması naminə səylərin birləşdirilməsi üçün mühüm imkan yaradan konfransın işinə uğurlar arzulayıb, tədbirin regional birlik, ümumbəşəri dəyərlərə sədaqət və ədalətli, təhlükəsiz gələcəyə doğru ortaq iradənin bariz nümunəsi olduğunu vurğulayıb.

Muradova Azərbaycan Respublikasının qadın və uşaq rifahına əsaslanan dövlət siyasətinin mərkəzində insanın layiqli həyat hüququ, sosial ədalət, humanizm və davamlı inkişaf prinsiplərinin dayandığını qeyd edərək, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi güclü sosial dövlət modeli, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, səhiyyə, uşaq müdafiəsi, mədəni irs və gender bərabərliyi istiqamətində reallaşdırdığı genişmiqyaslı layihələr bu sahədə əhəmiyyətli dönüş yaratmışdır. O, həmçinin Heydər Əliyev Fondunun ölkə hüdudlarından kənarda da tanınan humanitar fəaliyyətinin dialoq və tərəfdaşlıq mədəniyyətinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Böyük Zəfərdən sonrakı dövrdə Azərbaycanın apardığı genişmiqyaslı quruculuq və reinteqrasiya prosesi haqqında məlumat verən B.Muradova fiziki bərpa proqramları ilə yanaşı, insanların təhlükəsiz yaşayış hüququnun bərpası, icmaların sosial toxumasının yenidən qurulması, qadınların iqtisadi fəallığının artırılması və uşaqların rifahının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyni vurğulayıb. O diqqətə çatdırıb ki, 30 ildən sonra doğma yurdlarına qayıdan ailələrin qarşısında duran çağırışlar təkcə infrastrukturun yenidən qurulması deyil, həm də psixososial dəstək, məşğulluq imkanlarının genişləndirilməsi, icma institutlarının bərpası kimi mühüm sahələri əhatə edir.

Muradova, Azərbaycanın reinteqrasiyada qadınların rolunu strateji xətt kimi müəyyənləşdirdiyini qeyd edərək, qadınların icmaların dirçəldilməsinin, sosial bağların möhkəmləndirilməsinin və psixoloji reabilitasiya prosesinin lokomotivi olduğunu vurğulayıb: “Bu səbəbdən ölkəmiz təhlükəsiz yaşayış mühitinin bərpasında yeni icma liderliyi modelləri tətbiq edir, ailə və uşaq dəstək mərkəzlərinin fəaliyyətini genişləndirir, sosial xidmətləri daha əlçatan edən rəqəmsal həllərə üstünlük verir, qadın məşğulluğu və sahibkarlığı üzrə xüsusi proqramlar reallaşdırır.”

Komitə rəsmisi bütün səylərin davamlı olması üçün beynəlxalq tərəfdaşlığın rolunun vacibliyini vurğulayaraq, Türk Dövlətlərinin bu prosesdə konkret layihələr icra etdiyini, Türkmənistan dövlətinin Füzuli bölgəsində möhtəşəm Məscid binasının inşasını həyata keçirdiyini diqqətə çatdırıb. “Bu fakt bir daha onu sübut edir ki, Türk Dövlətləri ilə ümumi tarixi köklərimiz, mədəni mənsubiyyətimiz və humanist dəyərlərimiz üzərində qurulan əməkdaşlıq əlaqələri bizim güc mənbəyimizdir.” – deyə o əlavə edib.

Muradova diqqətə çatdırıb ki, 2025-ci ilin yayında Türkmənistanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri və o cümlədən Türkmənistan Qadınlar İttifaqı Mərkəzi Şurasının sədri xanım Oguldjennət Berdiliyeva ilə keçirilmiş səmərəli görüşlər bu günkü əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım olmuşdur. Azərbaycan qardaş Türkmənistan ilə əməkdaşlığı yüksək dəyərləndirir, qadın siyasəti, uşaq müdafiəsi, ailə institutunun gücləndirilməsi və sosial xidmətlərin inkişafı sahəsində təcrübə mübadiləsini xalqlarımızın sabitlik və rifahına töhfə kimi qiymətləndirir.

Komitə sədri, çıxışının sonunda konfrans çərçivəsində aparılacaq müzakirələrin sülh, inkişaf və təhlükəsizlik yolunda birliyimizi daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. 

Konfrans qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi, onların iqtisadi-siyasi və sosial sahələrdə iştirakının artırılması, o cümlədən bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mövzuların müzakirəsi ilə davam edib.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Növbəti Yazı

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı

XƏBƏR LENTİ

Prezident SƏRƏNCAM İMZALADI

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

Pensiyaçılardan bu qədər vəsait tutulacaq...

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı

Bahar Muradova Türkmənistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi

Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin - FOTOLAR

Anasının bank kartından oğurluq edən şəxs saxlanıldı

Əli Kərimli ilə bağlı QƏRAR VERİLDİ

Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

Bakıda bu obyektlər cərimələndi

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Sabah bu rayonda 7 800 abonentin qazı kəsiləcək

Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək

Nazir onu vəzifəsindən azad etdi - FOTO

Razı Nurullayevin qardaşının şok səs yazısı yayıldı – VİDEO 

Dekabrın pensiyaları ödənildi

Tahir Kazımova yüksək vəzifə verildi

DTX əməliyyat keçirib: TUTULANLAR VAR

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.