• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb

18 Dekabr, 25 / 10:20
A A
Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.

Bu barədə Yeniera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib.

İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb.

Belə ki, “Ağıllı svetoforlar” yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun yaşıl işığının müddətinin artıb-azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir, adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır.

Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır, nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.

Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq “ağıllı svetoforlar”ın digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Ağdamda minaya düşən traktorçu hospitala təxliyə edilib 

Növbəti Yazı

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

XƏBƏR LENTİ

"Qarabağ"ın pley-off və 1/8 finalda POTENSİAL RƏQİBLƏRİ

Sabah hava yağmursuz keçəcək

Nicat Məmmədli yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda dezinformasiya problemi ölkənin nüfuzu artdıqca özünü daha qabarıq büruzə verir

Ekvador klubunun futbolçusu 34 yaşında öldü

Əsgərimiz vəfat etdi

Qusarda qadın öldürülüb, keçmiş əri saxlanılıb

Burhanəddin Duran: İkinci Qarabağ müharibəsində çoxsaylı dezinformasiya kampaniyaları aparılıb

Moskvada azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Xalq artisti tanınamaz halda - FOTOLAR

İlham Əliyev Qətər Əmirini təbrik edib

Kredit və borcu olanlara sevindirici xəbər - QƏRAR

Bu bürclərə XƏBƏRDARLIQ: GÜN ƏRZİNDƏ...

Nazirdən iki təyinat

Türkiyədə mənəvi Milad təcrübəsi - FOTOLAR

BP-nin Baş icraçı direktoru dəyişir

Ançelottinin oğlu Braziliya klubundan ayrıldı

Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırılıb

Ağdamda minaya düşən traktorçu hospitala təxliyə edilib 

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.