“Lake Hotel”də elektrik cərəyanı vuran 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Bu barədə Yeniera.az-ın sorğusuna TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.
Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
13:29
Bakıda restoranda 4 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
Yeniera.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk olaraq “qafqazinfo” saytı məlumat yayıb.

