“Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində yanğın baş verib.

Yeniera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

***

FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın baş verib.

“Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb”, — deyə qeyd edilib.///Qafqazinfo

 

Exit mobile version