Gecə saatlarında Qala qəsəbəsində qatarla toqquşan yük maşınının sürücüsü həlak olub.
YENİERA.az xəbər verir ki, saat 03 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv depo
suna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.
R.Sultanov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.

