• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
14°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Baş nazir QƏRAR İMZALADI

25 Sentyabr, 25 / 18:00
A A
Baş nazir QƏRAR İMZALADI

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti təsdiqlənib.

Yeniera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq hazırlanıb və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydasını və müddətini müəyyən edir.

Bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, həqiqi hərbi xidmətdən ehtiyata və həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.

Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərclər aşağıdakılardır:

– xüsusi təyinatlı təhsil müəssisəsinə qəbula görə birdəfəlik ödəmənin məbləği;

– xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən kursantlara müvafiq qaydada ödənilən pul təminatı (əməkhaqqı);

– kursant təqaüdlərinin məbləği;

– kursant müavinətinin məbləği;

– ailə üzvlərinə maddi yardımın məbləği;

– hesabda yığılan ödənişin faiz gəlirləri ilə birlikdə məbləği;

– dövlət icbari şəxsi sığorta xərcləri;

– xüsusi təyinatlı təhsil müəssisəsini bitirməyə görə birdəfəlik pul mükafatının məbləği (əgər ödənilmişdirsə);

– təhsil müddətində mübadilə proqramı çərçivəsində respublikanın digər müəssisələrinə, habelə xarici ölkələrin tədris müəssisələrinə göndərilməsi ilə əlaqədar xərclər (ödənilən təhsil haqları, əlavə olaraq ödənilən yaşayış xərcləri, viza xərcləri, nəqliyyat xərcləri və sığorta).

Xüsusi təyinatlı təhsil müəssisələrində ali təhsil və ya orta ixtisas təhsili alan kursantların hazırlanmasına çəkilmiş əvəzi ödənilməli olan xərc hər tədris ili kursantların hazırlanmasına çəkilmiş xərclərin məcmusunu təşkil edir.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanı təltif edib

Növbəti Yazı

"Qarabağ" - "Kopenhagen" oyunu üçün biletlərin əksəriyyəti satılıb

XƏBƏR LENTİ

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.