Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tapdıq Həsənov vəfat etdi
  • 3 gün dayanmadan yağış yağacaq – Bu tarixlərdə
  • 42 günlük karantin elan edilə bilər – RƏSMƏN açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Baş nazirdən aeroportlarla bağlı – Qərar

Baş nazirdən aeroportlarla bağlı - Qərar

Siyasət Ariz Əhədov17.04.2026 - 15:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası” təsdiqlənib.

Yeniera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 (beş) gün müddətində aidiyyəti qurumlara təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə bu Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.

Razılığın verilməsi məqsədilə tikintiyə icazə verən orqan barəsində icazə tələb olunan bina, qurğu və obyektlər maneə sxemində (xəritədə) müəyyən edilən ölçü və limitləri keçdiyi halda rəy bildirilməsi üçün sorğu göndərilməsini təmin edir. Aidiyyəti qurumlar tərəfindən sorğuya əsasən təqdim edilmiş sənədlər üzrə aşağıdakı məlumatlar təhlil olunur və uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmə aparılır:

– binaların, qurğuların və ya obyektlərin adı və (və ya) təyinatı (yaşayış binası, istehsalat binası, idman kompleksi, istilikxana, ticarət kompleksi, heyvandarlıq ferması, məişət tullantıları poliqonu, radioötürücü qüllə və s);

– binaların, qurğuların və ya obyektlərin xarici ölçüləri (üfüqi və şaquli) konstruksiya quruluşu və (və ya) tikintidə istifadə edilən qurğular, avadanlıqlar və mexanizmlərin qabaritləri də daxil olmaqla (o cümlədən inşaat kranlarının hündürlüyü);

– Ümumdünya Geodeziya Sistemi – “WGS-84” üzrə “DD°MM’SS.s” formatında obyektin coğrafi koordinatları haqqında informasiya;
– binaların, qurğuların və ya obyektlərin maksimum hündürlüyü; 3.2.5. tikinti ərazisinin orta dəniz səviyyəsinə nisbətən hündürlüyü;
– binaların, qurğuların və ya obyektlərin istismarı zamanı tüstü və ya buxar tullantılarının planlaşdırılması;

– binaların, qurğuların və ya obyektlərin istismarı zamanı zərərli maddələrin, aşındırıcı, radioaktiv buxarların atmosferə buraxılması;

– xüsusi işıqlandırma sistemləri (mövcud olduqda); 3.2.9. elektromaqnit sahələri yaradan güc elektrik cihazlarının olması;

– quşların kütləvi toplanmasına səbəb olan fəaliyyətlər (o cümlədən dəyirmanlar, silos quyuları, saxlanclar, anbarlar, yeraltı anbarlar, poliqonlar üzrə);

– istismarı nəzərdə tutulan binaların, qurğuların və ya obyektlərin konstruktiv quruluşunun ətraflı təsviri (istifadə olunan materiallar göstərilməklə);

– miqyaslı xəritədə və ya sxemdə binaların, qurğuların və ya obyektlərin küçələrə (binalar, qurğular və ya obyektlər yaşayış məntəqəsində yerləşdirilərkən) və ya yaşayış məntəqələrinə (binaların, qurğuların və ya obyektlərin yaşayış məntəqəsindən kənarda yerləşdirildiyi zaman) nəzərən vəziyyəti;

– mühəndis-kommunikasiya təminatı sistemi (obyektin adı, təyinatı, xüsusiyyətləri və hündürlüyü).

Aidiyyəti qurumlar tərəfindən göstərilən sorğuya rəy bildirilməsi həyata keçirilir. Bu müddət ərzində rəy bildirilmədikdə, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir.

Uçuşların təhlükəsizliyi üzrə qiymətləndirmənin nəticəsinə uyğun olaraq binalar, qurğular və ya obyektlərin yerləşdirilməsinə dair razılığın verilməsindən aşağıdakı hallarda imtina edilir:

– uçuşların təhlükəsizliyinə təsir göstərildikdə, hava gəmisi ilə toqquşma ehtimalı olduqda;

– aeronaviqasiya avadanlıqlarına, aeronaviqasiya siqnallarının qəbuluna maneə yaratdıqda, həmçinin obyektin işıqlandırma sistemləri vizual naviqasiyaya və uçuş heyətinin görmə qabiliyyətinə mənfi təsir göstərdikdə;

– obyektin fəaliyyətinin quşların kütləvi toplanmasına şərait yaratma ehtimalı və bu hal hava gəmilərinin quşlarla toqquşma riskini artırdıqda.

İmtina Azərbaycanın aviasiya haqqında qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə istinad olunaraq onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qiymətləndirmə zamanı imtinaya əsas olmayan hallarda müraciətə dair razılıq verilir. Aidiyyəti qurumlar tərəfindən məlumatların təhlili ilə bağlı qiymətləndirmə aparılan müddət ərzində bu fəaliyyətə əlavə ekspertlər və mütəxəssislər cəlb edilə bilər.

Bənzər Xəbərlər

12.05.2026 - 00:07Ariz Əhədov

Tapdıq Həsənov vəfat etdi 

11.05.2026 - 23:45Ariz Əhədov

3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə

11.05.2026 - 23:24Ariz Əhədov

42 günlük karantin elan edilə bilər - RƏSMƏN açıqlandı

11.05.2026 - 23:10Ariz Əhədov

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

11.05.2026 - 23:04Ariz Əhədov

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

11.05.2026 - 23:00Ariz Əhədov

Hərbi qulluqçularımız Kəlbəcərdə MİNAYA DÜŞDÜ

11.05.2026 - 22:00Ariz Əhədov

5 gün ardıcıl qeyri-iş günü olacaq

10.05.2026 - 18:30Ariz Əhədov

Həyat yoldaşının doğum gününə gedirdi – Faciəli şəkildə öldü

10.05.2026 - 18:22Ariz Əhədov

Xəbərdarlıq edildi- SABAH DİQQƏTLİ OLUN

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 428

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 147

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 983

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 205
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.