Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Yenilənib-Fotolar-Video
  • Bakıda parik taxaraq cinayətlər törədibmiş – Video
  • ABŞ Sakit okeanda katerə zərbə endirdi – 2 ölü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Baş Prokurorluq Əhmədlə bağlı açıqlama yaydı

Baş Prokurorluq Əhmədlə bağlı açıqlama yaydı

Gündəm Ariz Əhədov21.04.2026 - 13:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Əhməd Əhmədova dair yayılan məlumatlarla bağlı Baş Prokurorluqdan açıqlama verilib.

“Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqə uyğun olmayan məlumatlar yayılıb. Cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edirik”.

Yeniera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

“Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib.

Ə.Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyatdır. Xatırladaq ki, ictimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur. Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik”, məlumatda deyilir.

Bənzər Xəbərlər

25.04.2026 - 15:50Ariz Əhədov

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yenilənib-Fotolar-Video

25.04.2026 - 13:40Ariz Əhədov

“Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” - Yenilənib

25.04.2026 - 12:50Ariz Əhədov

Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - Foto

25.04.2026 - 11:38Ariz Əhədov

Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:25Ariz Əhədov

TƏBİB islahatlarla bağlı yeni açıqlama YAYDI

24.04.2026 - 16:25Ariz Əhədov

Vüsal Aslanovdan yeni - Təyinat

24.04.2026 - 15:37Ariz Əhədov

May ayında Naxçıvana gedənlərin NƏZƏRİNƏ

24.04.2026 - 13:28Ariz Əhədov

DSMF-dən mühüm XƏBƏR - 200 min nəfərə...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 002

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 119
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.