“Britaniya Yayım Korporasiyası (BBC) ABŞ prezidenti Donald Trampın çıxışını təhrif etdiyinə görə 1 milyard dollarlıq məhkəmə iddiasından yayınmaq üçün ondan üzr istəməyə hazırlaşır”.
Yeniera.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Qəzetin yazdığına görə, BBC Trampdan şəxsi üzrxahlıq layihəsi hazırlamaq üzərində işləyir. Bundan əvvəl korporasiyanın sədri Samir Şah Amerika liderinin çıxışını redaktə etmək üçün səhv qərara görə açıq şəkildə üzr istəyib.
BBC ötən ilin oktyabrında yayımladığı “Panorama” proqramı ilə bağlı mübahisənin mərkəzində özünü tapıb.
Orada Trampın çıxışı elə redaktə olunub ki, onun ABŞ Konqresinin binasını zəbt etməyə çağırdığı qənaətinə gəlmək olar, baxmayaraq ki, əslində dövlət başçısı dinc vasitələrlə vətəndaş mövqeyini ifadə etməyin zəruriliyindən danışıb.
Qalmaqal korporasiyanın baş direktoru Tim Davey və xəbər yayımının rəhbəri Debora Ternessin istefasına səbəb olub. Amerika liderinin vəkilləri 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyərək BBC-dən proqramın noyabrın 14-dək ləğvini tələb ediblər.
Yeganə

