Minsk Qərb ölkələri ilə münasibətlərin korlanmasında özünü günahkar hesab etmir, lakin “onlara əl uzadır”.
Yeniera.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Qərb və onun ayrı-ayrı ölkələri ilə münasibətlərin korlanmasında özümüzü günahkar saymırıq. Amma biz əlimizi uzadırıq. Bu, yalvaranın əli deyil. Bu, övladlarımızın və nəvələrimizin sülhü naminə səmimi şəkildə birgə işləməyi təklif edən tərəfdaş əlidir”, – o, deyib.
“Avropa hələ Minsklə real söhbətə hazır deyil. Amma bizim Qərblə Şərq arasında körpü olmaq imkanımız var. Mən bu qənaətdən çıxış etmək istəyirəm ki, heç olmasa dinc yaşamaq avropalıların maraqlarına uyğundur”, – Lukaşenko qeyd edib.
Amma əgər Avropa bunu istəmirsə, o zaman müzakirə tamamilə fərqli arqumentlər müstəvisinə çevrilməli olacaq.
Rza Əli

