“Lokomotiv” voleybol klubunun legioneri Sem Derunun xərçəng xəstəliyinə tutulduğu açıqlanıb.
Yeniera.az xəbər verir ki, bu barədə klub məlumatına yayıb.
Bildirilir ki, idmançı kimyaterapiya müalicəsi alacaq.
“Voleybolçumuzla müqavilə qüvvədə qalır və o, komandada, bizimlə olacaq”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, belçikalı voleybolçu 2025-ci ilin mayında “Lokomotiv”ə transfer olunub. O, daha əvvəl “Zenit-Kazan” klubunda çıxış edərək üçqat Rusiya çempionu olub və iki dəfə Rusiya Kubokunu qazanıb.
YENİERA.AZ

