“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia ötən gün Azərbaycan kubokunun yarımfinalında keçirilən “Sabah” – “Qarabağ” oyunundakı hakim idarəçiliyi ilə bağlı paylaşım edib.

Yeniera.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Feyha” klubunda çıxış edən əlcəzairli yarımmüdafiəçi referinin idarəçiliyini biabırçı adlandırıb.

O bu barədə instaqram hesabında paylaşım edib: “Hakim biabırçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar”.

Qeyd edək ki, yarımfinalda 2:1 hesabı ilə qalib gələn “Sabah” finala adlayıb.

Exit mobile version