Şəki rayonunda yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə aprelin 22-si saat 16 radələrində baş verib.

Cinayət Məcəlləsinin 234-cü və 237-ci maddələri ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov qəfil vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version