Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yayılan görüntülərlə bağlı tanınmış mediatorun özündən və vəkilindən AÇIQLAMA
  • Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil
  • Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi – Foto

“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi - Foto

İqtisadiyyat Gülnar Əliyeva11.08.2026 - 11:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan “Bir”, “m10” rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən “Ey-ay” çatbotunu istifadəyə verib.

Artıq “m10” istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə “Ey-ay” ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər “m10” xidmətlərini asanlıqla tapa bilərlər.

Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. “Bir” ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.

“Bir” ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov “Ey-ay” haqqında danışarkən bildirib ki, bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər: “Ey-ay” sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik”.

“Bir” Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – “Birbank” rəqəmsal mobil bankçılıq tətbiqi, “Birmarket” e-ticarət platforması, “Milliön” ödəniş terminalları və “m10” rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və “BakıKart”la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində “Bir”, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az

Bənzər Xəbərlər

12.08.2026 - 14:20Gülnar Əliyeva

Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil

12.08.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO

12.08.2026 - 13:52Gülnar Əliyeva

Hacı Məmmədliyə yüksək vəzifə verildi

12.08.2026 - 13:33Gülnar Əliyeva

“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi

12.08.2026 - 12:53Gülnar Əliyeva

“Laçın” yazısı tikiləcək - Yarım milyon manata

12.08.2026 - 12:25Gülnar Əliyeva

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 - 12:12Gülnar Əliyeva

Səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE

12.08.2026 - 12:03Gülnar Əliyeva

Çempionlar Liqası: "Sabah" indiyə qədər nə qədər gəlir əldə edib?

12.08.2026 - 11:50Gülnar Əliyeva

Kirayə mənzil axtaranlara PİS XƏBƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 729

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 875

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 848

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 681
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.