Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İcra hakimiyyətində KÜTLƏVİ İXTİSAR
  • Şəhid atası vəfat etdi – Foto
  • Dağlıq ərazilərə qar yağacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Birlik və Qardaşlıq” İftar Proqramı keçirildi – FOTOLAR

“Birlik və Qardaşlıq” İftar Proqramı keçirildi – FOTOLAR 

Siyasət Ariz Əhədov04.03.2026 - 13:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

3 mart tarixində UID Azərbaycan (Uluslararası Demokratlar Birliyi) tərəfindən “Birlik və Qardaşlıq” adlı ənənəvi iftar proqramı təşkil olunub. Artıq ənənə halını alan və sayca 4-cü dəfə keçirilən proqramda dövlət və ictimai qurumların nümayəndələri, diplomatik korpus üzvləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən 1000-ə yaxın qonaq iştirak edib.

Tədbir Quran tilavəti və Azanın səsləndirilməsi ilə başlayıb. Daha sonra proqramın rəsmi açılış mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən UID Azərbaycan rəhbəri Cengiz Aygör qonaqları salamlayaraq tədbirin məqsədindən və əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Birlik və Qardaşlıq” iftar proqramı yalnız Ramazan ayının mənəvi dəyərlərini bölüşmək deyil, eyni zamanda Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verən mühüm platformadır.

Tədbirdə iştirak edən UID Baş Ofisinin sədr müavini Mehmet Akkoç çıxışında Uluslararası Demokratlar Birliyinin fəaliyyət istiqamətləri və beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr haqqında məlumat verib, belə görüşlərin ölkələr arasında sosial və mədəni bağların gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən Türkiyə–Azərbaycan Dostluq Qrupu sədri, İstanbul millət vəkili Şamil Ayrım iki qardaş ölkə arasında mövcud olan strateji münasibətlərin əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin xalqlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün isə Ramazan ayının mənəvi dəyərlərindən danışaraq, bu müqəddəs ayın insanları bir araya gətirən, paylaşma və həmrəylik ruhunu gücləndirən xüsusi bir dövr olduğunu qeyd edib.

Proqramda rəsmi qonaqlar sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkilləri, diplomatik korpus nümayəndələri, səfirlik əməkdaşları, ictimai-siyasi xadimlər və müxtəlif sahələri təmsil edən tanınmış şəxslər iştirak ediblər.

Səmimi və dostluq mühitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı ünsiyyət, əməkdaşlıq və mənəvi dəyərlərin paylaşılması üçün geniş imkan yaradıb.

image-img-20260304-wa0089 image-img-20260304-wa0086 image-img-20260304-wa0085 image-img-20260304-wa0084 image-img-20260304-wa0083 image-img-20260304-wa0082

Bənzər Xəbərlər

04.03.2026 - 14:38Ariz Əhədov

İcra hakimiyyətində KÜTLƏVİ İXTİSAR

04.03.2026 - 14:17Ariz Əhədov

Şəhid atası vəfat etdi - Foto

04.03.2026 - 14:05Ariz Əhədov

Dağlıq ərazilərə qar yağacaq

04.03.2026 - 13:40Ariz Əhədov

ŞAD XƏBƏR: Bu şəxslərə yeni güzəşt tətbiq olunacaq

04.03.2026 - 13:31Ariz Əhədov

Prezident SƏRƏNCAM İMZALADI

04.03.2026 - 13:26Ariz Əhədov

İlham Pirməmmədovdan qardaşı oğlu ilə bağlı AÇIQLAMA - "Qorxuruq ki, uşağa nəsə olar"

04.03.2026 - 13:15Ariz Əhədov

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

04.03.2026 - 13:05Ariz Əhədov

“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - Fotolar

04.03.2026 - 12:43Ariz Əhədov

“İranın istənilən yeni lideri hədəfimiz olacaq”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 617

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 541

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 628
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.