İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə rəqabət aparacaq döyüş dronları yaratmağı planlaşdırır.
Yeniera.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, İsrail ABŞ-nin hərbi dəstəyindən asılılığını tədricən azaltmaq, onu birgə silah inkişafı və istehsalı proqramları ilə əvəz etmək niyyətindədir.
Qeyd olunur ki, bu strategiya çərçivəsində F-35 qırıcıları ilə müqayisə edilə biləcək döyüş pilotsuz təyyarəsinin yaradılması planlaşdırılır.
Agentliyin məlumatında bildirilir ki, proqramın həyata keçirilməsində digər ölkələr də iştirak edə bilər.
YENİERA.AZ
