Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa və daxili işlər naziri Ənəs Xəttabı sanksiya siyahısından çıxaran qətnamə qəbul edib.
Yeniera.az bu barədə TASS-a istinadən xəbər verir.
Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü, o cümlədən Rusiya ABŞ-nin hazırladığı qətnamə layihəsinin lehinə səs verib, Çin isə bitərəf qalıb.
“Əsas odur ki, Şuranın bu gün qəbul etdiyi sənəd Suriya xalqının maraq və istəklərini əks etdirir”, – deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib.
Rza Əli

