Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
  • AQC rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
  • “Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bol yağışın dəhşətli səbəbi üzə çıxdı – İran görün nə edib…

Bol yağışın dəhşətli səbəbi üzə çıxdı - İran görün nə edib... 

Gündəm Ariz Əhədov20.05.2026 - 23:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son aylar yağan intensiv yağışların əsas səbəbləri tam ifşa olunub və artıq sosial şəbəkələrdə bu ifşa davam etməkdədir.

Əsas səbəb – əlbəttə ki, İranın BƏƏ-də yerləşən və Amerikanın illər öncə tikdiyi sistemdir. Doğrudur, bunun adına bəzən sosial şəbəkələrdə çaşaraq “radar sistemi” deyirlər, ancaq bu, savadın o səviyyədə olmamasının nəticəsidir və hiss edilir ki, bu sözləri deyənlər Qum ali məktəblərini oxuyub, dərin elmi-ürfani biliklərə yiyələnməyiblər.

Bunun adı “radar” yox, “anti-rayaiş” sistemidir. Bu sözdəki “ra” qədim Misir allahı da ola bilər, “radar”ın birinci hecası da – o baxır, sən bu məsələyə hansı prizmadan yanaşırsan. “Yaiş” isə “yağış”dır, sadəcə, ingilislərdə “ğ” olmadığı üçün “yaiş” ediblər.

Əslində Amerika BƏƏ-də bu sistemi qurmaqla İranı quraqlıq içində batırıb-boğub məhv etmək istəyirdi. Ancaq bu proses bir az uzundərə olduğundan, 28 fevralda hücum etmək qərarına gəldilər və İran da ilk növbədə illərdir ona yaşamağa imkan verməyən, vaxtaşırı olaraq gündəmə gətirdiyi bu “anti-rayaiş” sistemini sıradan çıxartdı.

Yaddaşı güclü olan xalqımız xatırlayır ki, İran bu “anti-rayaiş” sisteminə zərbə endirəndən sonra, çox uzağa getməyək, Bakının özünü yağışlar cənginə aldı. İlk güclü yağışlar martın sonunda və aprelin əvvəlində oldu.

Buludlar xilas olandan sonra Suriyadan Dağıstana, canım sizə desin, Türküstana, Çinə, Vyetnama, Sakin okeandakı adalara qədər yayıldı.

Demək, ABŞ-ın o balacaca BƏƏ-də tikdiyi kiçicik “anti-rayaiş” görün nə yekəlikdə bir ərazilərə təsir edirmiş.

İran o sistemi təkbaşına vurmayıb, Çin və Rusiya ona kömək edib, bildiyiniz kimi, Pekin və Moskva Tehranın ən yaxın müttəfiqləridir axı.

Ancaq Putinlə Sinin məsləhəti olub ki, bu sistemi qəfildən vurmayın, yavaş-yavaş dağıdın. İranın komandirlərinə isə bu sözü çatdıran olmayıb, çünki 28 fevralda ABŞ-la İsrail İranın rəhbər şəxslərini aradan götürmüşdülər.

İran bu sistemi qəfildən və birdibli dağıtdığı üçün böyük bir ərazidə sistemsiz, aramsız, allahsız yağışlar başladı. Bunun elmi izahı olduqca dərindir və onu sadə dildə belə izah edək ki, illərdir buludları yığıb salmısan bir tövləyə, əl-ayağını da bağlamısan, qalıb naçar və qəfildən əl-ayağının kəndirini də açırsan, tövləni də raketlə dağıdırsan, bu illərdir yığılan bulud dəli inəyə dönüb, hara gəldi qaçır və nəyi var, tökür yerə…

Bir vacib sirri də açmaq məcburiyyətindəyik. 13 mayda Tramp getdi Pekinə, 3 gün orda qaldı, bu gün isə Rusiya rəhbəri Putin Çinə üz tutub. Siz elə bilirsiniz ki, bu, sıradan bir hadisələrdir? Əlbəttə ki, yox, hamısı o buludla bağlıdır.

Bunun dərin mistik-mənəvi tərəfi də var. Təsəvvür edin ki, ABŞ Yeziddir, BƏƏ-də qurub “anti-rayaiş” sistemini və imam-camaat qalıb susuz. İran əlbəttə ki, Kərbəla müsibətini 1400 ildir unutmayan müqtədir bir ölkə olaraq buludu xilas edib, hər yeri gölə döndərdi. İndi kimsə susuzdan yanıb-yaxılmır, hər yer indi sudur, göldür.

Bax, İran bu qədər böyük işə imza atmaqla, həm də Kərbəla müsibətinin qisasını almış kimi vardır.

Bu məqamda “bəs niyə ötən il də sel suları vardı, hətta Bakıda Sabunçu körpüsündə iki gənc həyatını itirdi” sualının cavabı da var.

Bu sualı vermək müşrüklükdür, buna baxmayaraq, mütləq cavablandırmalıyıq ki, bəzi şəkkaklar şübhəyə düşüb, haqdan qaçmasınlar.

Məsələ burasındadır ki, BƏƏ-dəki bulud İranın sayəsində vaxtaşırı olaraq qaçırdı və nəticədə elə yağışlar baş verirdi. Ancaq ABŞ İnterpolun xəttiylə buludu tutub BƏƏ-dəki sistemə salırdı.

Amma daha sala bilməyəcək, çünki sistemin özünü İran darmadağın edib…(Bakupost)

Bənzər Xəbərlər

21.05.2026 - 16:03Ariz Əhədov

Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək

21.05.2026 - 15:50Ariz Əhədov

AQC rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR

21.05.2026 - 15:37Ariz Əhədov

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

21.05.2026 - 15:20Ariz Əhədov

Qazidən borc alıb Almaniyaya qaçdı - Bu xəstəxananın baş həkiminin oğlu imiş

21.05.2026 - 15:05Ariz Əhədov

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21.05.2026 - 14:50Ariz Əhədov

TƏCİLİ! Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR

21.05.2026 - 14:38Ariz Əhədov

Milyarder avtoqəzada öldü - Foto

21.05.2026 - 14:25Ariz Əhədov

Əlillik hansı hallarda müddətsiz təyin olunur?

21.05.2026 - 14:12Ariz Əhədov

“Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 535

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 188

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 011

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 227
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.