Bolqarıstan Baş naziri Rosen Jelyazkov hökumətin istefa verdiyini elan edib.
Yeniera.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Hökumətin istefası haqqında həm gənclər, həm də yaşlılar danışırdılar. Bu vətəndaş qətiyyəti dəstəklənməlidir. Bildirirəm ki, hökumətə etimadsızlıq səsverməsindən əvvəl hökumət istefa verir”, – o qeyd edib.

