Braziliya prezidenti Luiz İnasio Lula da Silva hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə başa çatmalıdır.
xəbər verir ki, bu barədə “Rai News” yazıb.
Braziliya prezidenti Avropa İttifaqının bloka üzv ölkələrin yenidən silahlanması üçün 800 milyard avro ayırmaq qərarını tənqid edib.
“Aclıqla mübarizə və meşələri qorumaq üçün pul lazım olduqda, bu resurslar başqa məqsədlər üçün istifadə edilməlidir”, – deyə o əlavə edib.
Lula da Silvanın sözlərinə görə, beynəlxalq liderləri narahat edən əsas məsələ Şərqi Avropada “müharibə borcunu” kimin üzərinə götürəcəyidir.
“Hər kəs bilir ki, bu müharibə başa çatır. Düşünürəm ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski, Avropa və ABŞ prezidenti Donald Tramp bu münaqişənin hara gedəcəyini bilirlər. Onlar sadəcə olaraq, cəsarət tapacaqları anı gözləyirlər”.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin vitse-prezidenti J.D.Vens bəyan etmişdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi 3-6 ay ərzində başa çata bilər.
Vüsal Ömərov

