Brüssel hava limanı naməlum pilotsuz uçuş aparatları səbəbindən fəaliyyətini yenidən 30 dəqiqəlik dayandırıb.
Yeniera.az xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bəzi reyslər başqa hava limanlarına yönləndirilib.
Qeyd edək ki, noyabrın 4-də oxşar hadisələrə görə Brüssel, Lyej və Şarlerua hava limanları təxminən iki saat bağlanıb.
Bununla bağlı Belçika hakimiyyəti ordu üçün pilotsuz təyyarələrlə mübarizə vasitələrinin alınması planını təsdiqləyib.
Rza Əli

