12 avqust gündəlik bürc proqnozu.

Yeniera.az bu günün ulduz falını təqdim edir.

Qoç: Gün ərzində müəyyən ünsiyyət gərginliyi ola bilər. Ətrafınızdakı insanlarla münasibətdə səbirli olun və vacib işləri təkbaşına həll etməyə çalışmayın.

Buğa: Kənar dəstəyə ehtiyac duyacağınız bir gündür. Qətiyyətli addımlar atsanız, günün ikinci yarısında maliyyə imkanlarınızda müsbət irəliləyiş mümkündür.

Əkizlər: Enerjinizi qorumaq üçün daha sakit tərəfi seçməlisiniz. Münaqişəli situasiyalardan uzaq durun və müşahidəçi mövqeyində qalmağa üstünlük verin.

Xərçəng: Ətrafınızdakı insanların səmimiyyətini bir daha gözdən keçirməlisiniz. Şəxsi sərhədlərinizi qorumaq və prinsiplərinizdə qətiyyətli olmaq vacibdir.

Şir: Yeniliklər və sürprizlərlə dolu bir gündür. Yeni tanışlıqlar, maraqlı təkliflər və şəxsi həyatda xoş irəliləyişlər gözlənilir.

Qız: Risk tələb edən işlərdən çəkinməyin. Günün ikinci yarısında şəxsi işlərinizdə və peşəkar fəaliyyətinizdə müsbət dönüşlər yarana bilər.

Tərəzi: Maliyyə və şəxsi məsələlərinizdə uğurlu bir gün olacaq. Daxili enerjiniz və cəlbediciliyiniz sayəsində vacib planlarınızı gerçəkləşdirə bilərsiniz.

Əqrəb: Əməkdaşlıq və komanda işi uğur gətirəcək. Məntiqli qərarlar verməklə mövcud potensialınızdan maksimum istifadə edə bilərsiniz.

Oxatan: Ünsiyyətdə mülayimlik və xoş rəftar günün əsas açarıdır. Çevrənizdəki insanlara müsbət enerji ötürsəniz, işləriniz sürətlə həll olunacaq.

Oğlaq: İstirahət və əyləncə üçün əlverişli vaxtdır. Dostlarla vaxt keçirmək, səfərlər planlaşdırmaq və sadəliyə üstünlük vermək daxili balansı bərpa edəcək.

Dolça: Düşərli və uğurlu bir gün gözlənilir. Ədalətli addımlarınız nəticə verəcək, tərəfdaşlıq məsələlərində imkanlarınız genişlənəcək.

Balıqlar: Daxili dinclik və gələcək planları dəqiqləşdirmək üçün yaxşı fursətdir. Maliyyə və şəxsi məqsədlərinizi göz oxşayan dərəcədə yeniləyə bilərsiniz.///Ajans

Exit mobile version