Bir neçə Qərb ölkəsinin hakimiyyət orqanları dəniz qanunvericiliyini pozaraq Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışır.
Yeniera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sakit Okean Donanmasının təlimi zamanı çıxışında deyib.
“Avropa İttifaqının son qərarlarına diqqət çəkmək istərdim. Görürük ki, bəzi ölkələrin hakimiyyət orqanları beynəlxalq dəniz qanunvericiliyini pozaraq, iqtisadi operatorlarımıza məxsus gəmilərin hərəkətini məhdudlaşdırmağa çalışırlar. Bu yaxınlarda onlar hətta gəmilərimizi ələ keçirməyi və bizdən oğurladıqları əmlakı satmağı da düşünüblər”, – o qeyd edib.
Putin Qərbin Rusiya ticarət gəmilərini ələ keçirmək planları “piratlıq və soyğunçuluq adlandırıb: “Əlbəttə ki, bu, piratlıq və soyğunçuluqdan başqa bir şey deyil”.
Rusiya prezidenti onu da qeyd edib ki, Qərb ölkələri onun ticarət gəmilərini ələ keçirərsə, Rusiya da eyni şəkildə cavab verəcək: “Əgər bu, praktikada tətbiq olunmağa başlasa, biz də eyni şəkildə cavab verməyə məcbur olacağıq. Rusiya gəmilərini ələ keçirən Aİ ölkələrindən qisas alacağıq”.
Putin əlavə edib ki, bu, Rusiya gəmilərinə basqınların planlaşdırıldığı sularda mütləq baş verməyəcək. “Amma özümüzün zəruri və məqsədəuyğun hesab etdiyimiz hər yerdə, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında”, – deyə, o bildirib.///Ölkə.az
