Yeni həftə bəzi bürclər üçün gözlənildiyi qədər rahat keçməyə bilər. İş, maliyyə və şəxsi münasibətlərdə gözlənilməz vəziyyətlər onları çətin seçim qarşısında qoya bilər.
Yeniera.az xəbər verir ki, bəzi insanlar planlarının gecikməsi, gözlənilməz xərc və ya şəxsi münasibətlərdə yaranan anlaşılmazlıqla üzləşə bilərlər. Astroloji şərhlərə görə, xüsusilə Buğa, Xərçəng, Dolça və Oxatan daha diqqətli davranmalıdır.
Buğalar üçün həftənin əsas problemi maliyyə məsələləri ola bilər. Gözlənilməz xərc və ya planlaşdırılmayan ödəniş büdcələrinə təsir göstərə bilər.
Xərçənglər şəxsi münasibətlərdə gərginliklə qarşılaşa bilərlər. Kiçik bir anlaşılmazlığın böyüməməsi üçün emosional qərarlardan uzaq durmaları məsləhətdir.
Dolçalar üçün işlə bağlı xoşagəlməz xəbər gündəmə gələ bilər. Gecikən plan və ya gözlənilməyən dəyişiklik onları narahat edə bilər.
Oxatanların isə həftə ərzində tələsik qərarlardan uzaq durması vacibdir. Düşünülməmiş addım sonradan əlavə problem yarada bilər.
Bu səbəbdən adıçəkilən bürclərin yeni həftədə daha diqqətli davranması və xüsusilə maliyyə və münasibətlər məsələsində tələsməməsi tövsiyə olunur.///Ajans.az
