Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin gələn həftə üçün planı həddən artıq çox olub və hələlik Çinin xarici işlər naziri Van Yi ilə görüş nəzərdə tutulmayıb.
Yeniera.az xəbər verir ki, o, dekabrın 2-də günortadan sonra Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşəcəyini açıqlayıb.
Dekabrın əvvəlində Rusiyada olacaq Vanq Yi ilə Putinin cədvəlində görüşün olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Hələ ki, qrafik tam yüklənib”.
Rusiya lideri dekabrın 4-5-də Hindistanda dövlət səfərində olacaq. Putin həmçinin xarici səfirlərin etimadnaməsini qəbul edəcək və VTB-nin “Zaman zəngləri” forumunda çıxış edəcək.
Yeganə

