Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İcra başçısı girov düşdü – Belə azad edildi
  • Qurban bayramında bu ailələrə maddi yardım veriləcək?
  • Bu yol 2 gün bağlı olacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK — Yeni QƏRARIN DETALLARI

Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK — Yeni QƏRARIN DETALLARI

Gündəm Ariz Əhədov13.05.2026 - 14:51
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda diplomatik xidmət əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni addım atılır.

Yeni qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar diplomatik xidmətinə xitam verilmiş əməkdaşlara orta aylıq dövlət məvacibinin 3 misli miqdarında birdəfəlik müavinət ödəniləcək. Bu təşəbbüs diplomatların hərbi xidmət dövründə maddi təminatının qorunması və onların sosial rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, müxtəlif peşə sahələrində əməkhaqqı və təminat fərqlərinin olması dünya praktikasında qəbul edilmiş bir qaydadır. Ekspert qeyd edib ki, xidmət şəraiti, həyat riski və fəaliyyət çətinliyi bu cür imtiyazların müəyyənləşməsində əsas meyarlardır:

“Silahlı Qüvvələrin özündə də kəşfiyyatçıların və xüsusi təyinatlıların əməkhaqqısı fərqlidir. Burada həyat riskindən tutmuş, fəaliyyətin çətinlik və məhrumiyyət dərəcəsinə qədər bir çox amillər rol oynayır. Elə xidmət sahələri var ki, orada insan ailə üzvləri ilə çox az təmasda olur, yüksəklikdə və ya mürəkkəb relyefli ərazilərdə çətin şəraitdə xidmət edir. Zaman və məkan anlamı burada mütləq nəzərə alınır”.

Diplomatların fəaliyyətinə toxunan ekspert vurğulayıb ki, onların xarici ölkələrdəki xidməti də özünəməxsus çətinliklərlə müşayiət olunur:

“Diplomatik fəaliyyətdə də yaşadıqları ölkənin iqtisadiyyatına uyğun təminat məsələləri və həmin mühitin gətirdiyi məhrumiyyətlər var. Bu cür tənzimləmələr tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur və tam məntiqlidir”.

Emin Həsənli həmçinin əlavə edib ki, dövlət hər bir vətəndaşın və hərbi qulluqçunun sosial vəziyyətinin, sağlamlığının və təhlükəsizliyinin qorunması üçün ən müasir standartları tətbiq etməyə çalışır. Bu cür müavinətlərin gələcəkdə digər sahələrə və ya dövlət qulluqçularına şamil olunması məsələsi isə xidmətin xüsusiyyətlərindən və dövlətin sosial siyasətindən asılı olaraq dəyərləndirilə bilər.

Bənzər Xəbərlər

13.05.2026 - 21:19Ariz Əhədov

İcra başçısı girov düşdü – Belə azad edildi

13.05.2026 - 21:18Ariz Əhədov

Qurban bayramında bu ailələrə maddi yardım veriləcək?

13.05.2026 - 20:55Ariz Əhədov

Bu yol 2 gün bağlı olacaq

13.05.2026 - 20:25Ariz Əhədov

İctimai nəqliyyatda YENİLİK - üztanıma ilə ödəniş...

13.05.2026 - 17:30Ariz Əhədov

Putinin səlahiyyətləri genişləndirildi

13.05.2026 - 17:05Ariz Əhədov

Dövlət Statistika Komitəsində yeni təyinat - Foto

13.05.2026 - 16:33Ariz Əhədov

Generalın xanımı da vəkilliyə başladı

13.05.2026 - 15:25Ariz Əhədov

MEDİA müsabiqə elan etdi

13.05.2026 - 14:38Ariz Əhədov

Toylarla bağlı yeni QAYDA- Azərbaycanda nə vaxt TƏTBİQ EDİLƏCƏK?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 445

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 155

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 987

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 206
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.